Tehran və Vaşinqton arasında gərginliyin yenidən artdığı və Vaşinqtonun Tehrana qarşı bölgədə hərbi gücünü artırdığı bir vaxtda Omanda İran və ABŞ arasında görüş keçirilib.
Səhər saatlarında başlayan ABŞ-İran danışıqları başa çatıb. Ancaq tərəflərdən heç biri danışıqların nəticəsi ilə bağlı hələlik açıqlama verməyib. İran mediası Omanda danışıqların nə vaxt bərpa olunacağı bəlli olmadığını bildirib.
ABŞ-la danışıqları dəyərləndirən İranın xarici işlər naziri Abbas Əraqçi ilk açıqlamasında bunu yaxşı bir başlanğıc olduğunu deyib: “Necə davam edəcəyimizlə bağlı əlaqə saxlayacağıq. Tərəflər arasındakı etimadsızlıq divarı aradan qaldırılmalıdır. Danışıqlar davam edəcək, lakin detallar paytaxtlarda məsləhətləşmələrlə müəyyən ediləcək”.
Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ı isə Prezident Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edib.
TAHİR