Ukrayna Prezidenti Zelenski xüsusi hərbi əməliyyatın dayandırılmasına yönəlmiş danışıqların növbəti mərhələsinin ABŞ-da keçirilə biləcəyini açıqlayıb.
Zelenski Əbu-Dabidə ABŞ və Rusiya nümayəndə heyətləri ilə iki günlük görüşlərdən sonra danışıqlar qrupundan ətraflı hesabat aldığını bildirib: "Onu deyə bilərəm ki, yaxın gələcəkdə yeni danışıqlar planlaşdırılır və bu danışıqların Amerikada keçirilməsi ehtimalı var".
Zelenski Ukraynanın davamlı və etibarlı sülhə gətirib çıxaracaq bütün iş formatlarına açıq olduğunu vurğulayaraq və Rusiyaya heç bir "güzəşt" vermədən bu prosesin tamamlanmasının real təhlükəsizlik üçün əsas şərtlərdən biri olduğunu bildirib. O Ukraynanın mövqeyi dəstəkləyən bütün tərəfdaşlara təşəkkür edib.
TAHİR