Rusiyanın Ukraynada döyüşən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov bildirib ki, Sumı bölgəsində cəbhənin bir neçə sektorundakı Ukrayna ordusu bölmələri acınacaqlı vəziyyətdədir, yemək və su tapılmır.
Onun sözlərinə görə, şaxtalı hava hər iki tərəf üçün döyüş əməliyyatlarını çətinləşdirir, lakin Sumı bölgəsindəki son vəziyyət Ukrayna qüvvələrinin “uğurla” bloklanması üçün şərait yaradır.
General-leytenant bildirib ki, radiodalğada qarşı tərəf uzun müddətdir susuz qaldıqlarından, artıq qar yediklərindən şikayətlənib. O da bildirilib ki, od qalaya bilmədikləri üçün qarı əridə də bilmirlər.
Komandir qeyd edib ki, təcrid olunmuş ərazilərdəki Ukrayna bölmələri sursat da əldə edə bilmir. Bundan əlavə, onlar bir aydan çoxdur ki, yaralıları və ölənləri təxliyə edə bilmirlər və bu da onların vəziyyətini faciəvi edir.
SAMİRƏ