Rusiyanın Londondakı səfiri Andrey Kelin qalmaqallı açıqlama ilə çıxış edib. O bildirib ki, Britaniya zabitləri Ukraynada səfirlik işçiləri kimi təqdim olunur, əslində isə hərbi personala təlim keçirlər.
Səfir RİA Novosti-yə bildirib ki, "Britaniya zabitlərinin və hərbi personalının Ukrayna ərazisində olması məlum faktdır. Məsələn, Kiyevdə Britaniya səfirliyinin himayəsində işləyən bir qrup məsləhətçi var. Ukrayna Silahlı Qüvvələrinə ixtisaslaşmış döyüş təlimi verənlər də var".
Səfirin sözlərinə görə, dekabr ayında Britaniya dövləti Silahlı Qüvvələrinin zabiti Corc Hulinin Ukraynada yerli əsgərlərə bağışlanan avadanlıqları idarə etməyi öyrədərkən öldüyünü etiraf edib.
Kelin vurğulayıb ki, Britaniya tərəfi Ukraynada hərbi əməliyyatlarda iştirak edən karyeralı hərbi personalın aşkarlanmasından ehtiyat edir, çünki bu, beynəlxalq hüquq məsələsidir. Lakin o əlavə edib ki, London bu cür vəziyyətləri öz xeyrinə təqdim etməkdə ustadır.
SAMİRƏ