Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın Rusiya ilə iqtisadi əməkdaşlıq perspektivləri ilə bağlı açıqlamaları onun sanksiya siyasətilə ziddiyyət təşkil edir.
RİA Novosti-nin xəbərinə görə, nazir xatırladıb ki, bu yaxınlarda Kuba ilə bağlı sənəd qəbul edilib və sənəddə Vaşinqtonun iddia etdiyi kimi, Kubanın Karib dənizindəki ABŞ maraqlarına, o cümlədən Rusiyanın guya "düşmən və zərərli siyasətinə" görə yaratdığı təhlükə səbəbindən fövqəladə vəziyyət elan edilib.
"Bəli, iqtisadi və investisiya əməkdaşlığımızın parlaq gələcəyi ilə bağlı deyilənlərə bütün bunlar tam uyğun gəlmir", - deyə Lavrov Diplomatlar Günündə Rik Sançezlə RT-də müsahibəsində bildirib.
"Hindistana Rusiya nefti almaq qadağandır. Ən azından, elan edilən budur. Amma hər kəsə onu almaq qadağandır. Həm neft, həm də qaz. Və hər yerdə deyirlər: Rusiya nefti və Rusiya qazı Amerika nefti və Amerika mayeləşdirilmiş təbii qazı ilə əvəz olunacaq", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftindən imtina etməyə və ABŞ-dan tədarükü artırmağa razı olduğunu açıqlayıb. Hindistanın baş naziri isə Nyu Dehlinin Rusiya neftini almaqdan imtina etməsi ilə bağlı iddialarına Trampla söhbətindən sonra münasibət bildirməyib.
SAMİRƏ