Amerika prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədə təhlükəsizliyindən narahat olduğunu, lakin işini görməsinin vacib olduğunu bildirib.
Müsahibə zamanı müxbirin "Sui-qəsd cəhdindən... iki sui-qəsd cəhdindən sağ çıxdınız. Təhlükəsizliyinizdən narahatsınızmı" sualına o, "Bəli. Narahatam, amma bu fikri kənara qoymalısınız, əks halda işinizi görə bilməyəcəksiniz", - deyə cavab verib.
Qeyd edək ki, Trampa qarşı ilk sui-qəsd cəhdi 13 iyul 2024-cü ildə Pensilvaniyada baş verib. Güllə onun qulağına dəyib. Hazırkı Amerika liderini öldürmək üçün ikinci cəhd iki ay sonra Florida ştatının Palm Biç şəhərindəki prezident qolf meydançasında baş verib.
Hadisədən sonra Trampı qoruyan altı Məxfi Xidmət agenti vəzifəsindən kənarlaşdırılıb.
SAMİRƏ