Amerikanın çoxmillətli maliyyə konqlomeratı və dünyanın ən böyük banklarından biri olan JPMorgan tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına vurduğu ziyanı qiymətləndirib. Bu barədə JPMorgan-ın rəhbəri Cahangir Əzizin müştərilərə yazdığı qeyddə bildirilib.
Analitiklər Rusiyanın ÜDM-nin il ərzində 3,5 faiz, 2022-ci ilin ikinci rübündə isə 20 faiz azalacağını təxmin edir. Bank əlavə edib ki, ilin sonuna qədər inflyasiya 10 faizə çata bilər.
Üstəlik, qlobal dəniz yük daşıyıcılarının Rusiyaya mal göndərməkdən imtina etməyə başladığı da bildirilir ki, bu logistik pozuntular da artıq avtomobil istehsalına təsir göstərməyə başlayıb.
Kremlin xəbərinə görə, Rusiya üçün iqtisadi reallıq indi əhəmiyyətli dərəcədə dəyişib. Hökumətin daxili iqtisadiyyatı xilas etmək planını açıqlayan Baş nazir Mixail Mişustin Rusiyaya sanksiya təzyiqinin artdığını bildirib. Onun sözlərinə görə, Moskva tətbiq edilən məhdudiyyətləri əsas məqsədi "bu və ya digər istiqamətdə zərər vurmaq" olan ABŞ, Avropa Birliyi və bəzi digər ölkələrin dost olmayan hərəkətləri kimi qəbul edir.
SAMİRƏ