Almaniya kansleri Fridrix Merz ABŞ-dan artan asılılıq, o cümlədən qaz müqabilində silah satışı fonunda yeni enerji və biznes müqavilələri bağlamaq ümidi ilə Fars körfəzi ölkələrinə turneyə başlayıb.
Növbəti üç gün ərzində Merz Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Politico xəbər verir ki, Merzin nümayəndə heyətinə enerji və müdafiə sektorlarında yeni müqavilələrə ümid edən alman biznes nümayəndələri də daxildir.
Bundan əlavə, səfər ərəfəsində Almaniyanın İqtisadiyyat naziri Ketrin Reyx Ər-Riyadda hidrogen enerjisi ilə bağlı gələcək müqavilələri də əhatə edən enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıb. "On illərdir etibar etdiyimiz tərəfdaşlıqlar zəifləməyə başlayanda yeni tərəfdaşlar axtarmalıyıq"- o deyib.
Qeyd edilir ki, 2023-cü ildə Almaniyanın mayeləşdirilmiş təbii qaz idxalının 96%-i ABŞ-dan gəlirdi. Bu payın 2028-ci ilin sonuna qədər AB-nin 750 milyard dollar dəyərində Amerika enerjisini almaq razılığı səbəbindən artacağı proqnozlaşdırılır. Bəzi alman siyasətçiləri ölkənin yenidən ABŞ-dan asılı vəziyyətə düşməsindən ehtiyat edir. Bu fonda Merz, əsasən dünyanın ən böyük qaz ixracatçıları olan Qətər və BƏƏ-də alternativlər axtarır.
Əslində Avropa Birliyi onilliyin sonuna qaz təminatının yarısını ABŞ-dan əldə edə bilər. Lakin Vaşinqtonla hazırkı gərginlik fonunda bu, strateji risqlər yaradır.
SAMİRƏ