İranın dini lideri Ayətullah Əli Xamneinin müşaviri Əli Şamxani Livanda yerləşən Əl-Məyadin televiziyasına verdiyi müsahibədə ABŞ və İranın nüvə proqramı ilə bağlı gərginliklə bağlı təəccüblü açıqlamalar verib. Şamxani bildirib ki, İranın uran zənginləşdirmə səviyyəsini 60 faizdən 20 faizə endirməsi mümkündür, lakin bunun bir qiyməti olmalıdır.
İranın faktiki olaraq müharibə şəraitində yaşadığını bildirən Şamxani deyib: "Biz müharibənin kölgəsini hiss edirik və qarşılaşa biləcəyimiz hər hansı bir vəziyyətə hazırıq. Düşmənlərimiz tərəfindən bizə tətbiq edilən ədalətsiz şərtlər, ədalətsiz təhdidlər və ədalətsiz müharibə mühiti var. Onlar da bu müharibəyə bütün gücləri ilə hazırlaşırlar".
SAMİRƏ