Keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin paytaxt Tripolinin cənubunda naməlum şəxslər tərəfindən öldürülüb. Abaad Xəbər Agentliyinin məlumatına görə, o, silahlı qruplar arasında döyüşlərin davam etdiyi ərazidə öldürülüb.
Qəddafi ailəsinə yaxın bir mənbə Əl-Hadath TV-yə keçmiş Liviya liderinin oğlunun ölkənin qərbindəki Zintan şəhəri yaxınlığında öldürüldüyünü təsdiqləyib.
Mənbə Əl-Hadath-a bildirib ki, "Cinayətkarlar Seyf əl-İslamın bağçasında yaralanmasından sonra tez qaçıblar". Seyf əl-İslamın siyasi müşaviri Abdullah Osman onun ölüm xəbərini qısa bir Facebook paylaşımında təsdiqləyib. O, Müəmmər Qəddafinin oğlunun ölümü ilə bağlı heç bir məlumat verməyib.
Seyf əl-İslam Qəddafinin 2011-ci ildə sui-qəsd nəticəsində öldürülən Liviya lideri Müəmmər Qəddafinin ikinci oğludur. 2015-ci ildə Liviya məhkəməsi Seyf əl-İslama 2011-ci il inqilabı zamanı dinc etirazları yatırdığına görə qiyabi olaraq ölüm hökmü çıxarıb. O, edamdan yayınmaq üçün illərlə Liviyanın qərbindəki Zintan şəhərində gizlənib. 2017-ci ildə amnistiya qanunu ilə milislər tərəfindən azadlığa buraxılıb.
SAMİRƏ