İranın paytaxtı Tehranın Cənnətabad rayonundakı Cənnət məhəlləsi bazarında yanğın baş verib. Alovlar tez bir zamanda alışan köşklərin olması səbəbindən yayılıb. Hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat yoxdur.
Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Məliki bazar ərazisinin təxminən 2000 kvadrat metrlik sahəsinin tamamilə məhv olduğunu açıqlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib və yanğınsöndürmə işləri müxtəlif nöqtələrdən intensiv şəkildə davam etdirilib. Yanğında ölən və ya yaralanan olub-olmadığı barədə hələlik rəsmi açıqlama verilməyib.
İran ətrafında baş verən gərginliklər fonunda yanğının qəsdən törədilmə ehtimalı da istisna edilmir.
SAMİRƏ