İsrailin keçmiş baş naziri Ehud Barak ABŞ-da yetkinlik yaşına çatmayan qızlara cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunaraq həbs olunan və sonradan həbsxanada ölü tapılan milyarder Ceffri Epsteindən ABŞ prezidenti Donald Trampı İsrail mətbuatına müsahibə verməyə razı salmaq üçün kömək istəyib.
ABŞ Baş Prokurorunun müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni faylı açıqlamasından sonra sənədlər arasında İsrailin keçmiş Baş naziri Barakın 2016-cı ildə elektron poçtla göndərdiyi məktub da ortaya çıxıb.
Məktubda Barak Epşteyndən Kanal 2-nin Hillari Klintonla müsahibə təşkil etdiyini deməsini, Trampın da Kanal 10-da oxşar müsahibə vermək niyyətində olub-olmadığını soruşmasını istəyib.
Barak israillilərin böyük əksəriyyətinin, xüsusən də İsraildəki ABŞ vətəndaşlarının bu müsahibəni izləyəcəyini qeyd edərək, "Onlar ən yaxşı aparıcını, istedadlı və pozitiv - sarışın bir xanımı ABŞ-a göndərməyə hazırdırlar" deyə əlavə edib.
İsrail mediası yazışmaların 2016-cı ildə Klinton və Tramp arasında keçirilən seçki yarışı zamanı baş verdiyini, lakin təşəbbüsün heç vaxt reallaşmadığını və "sarışın qadının" heç vaxt Trampla müsahibə etmək imkanına malik olmadığını bildirib.
SAMİRƏ