Kubalı həkimlər Venesuelanı tərk edir və bu da Kubanı əhəmiyyətli valyuta gəlirlərindən məhrum edir. Bu barədə Financial Times tibb müəssisələrində çalışan venesuelalılara istinadən məlumat yayıb.
Kuba hökumətinin rəsmi məlumatlarına görə, 2025-ci ilin iyun ayına qədər Venesuelada təxminən 13.000 kubalı tibb işçisi çalışırdı. Onlar Kuba hökuməti üçün əsas gəlir mənbəyi idı.
FT ekspertləri həkimlərin getməsini Vaşinqtonun siyasi təzyiqinin nəticəsi hesab edir. ABŞ artıq Venesueladan Kubaya neft tədarükünü dayandırıb və bu da ölkənin elektrik kəsintiləri və ciddi yanacaq çatışmazlığı ilə üzləşməsinə səbəb olub. ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Kuba iqtisadiyyatı "çökmək üzrədir".
SAMİRƏ