İran parlamentinin deputatı Əlirza Səlimi ölkə parlamentinin Avropa Birliyi ölkələrinin silahlı qüvvələrini terrorçu təşkilat kimi tanımasından sonra bildirib bildirib ki, Avropa ölkələrinin hərbi attaşeləri İran ərazisini dərhal tərk etməlidir.
Səlimi bununla bağlı İran Xarici İşlər Nazirliyinə çağırış edib: "Terrorçuları ölkədə saxlamaq mövcud qanunlara ziddir. Xarici İşlər Nazirliyi bunu bu gün yerinə yetirməlidir".
Bazar günü İran parlamenti Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) terrorçu təşkilat kimi tanımaq qərarına cavab olaraq, Avropa Birliyi ölkələrinin silahlı qüvvələrini terrorçu təşkilat kimi tanıyıb.
Nahid SALAYEV