ABŞ və İran arasında, gərginlik gərginlik fonunda nüvə proqramı ilə bağlı danışıqlar başlayıb.
Bu barədə açıqlama erən ABŞ prezidenti Tramp nəticə barədə o qədər də ümidli danışmayıb: "ABŞ İranla ciddi şəkildə danışır. Ümid edirəm ki, İran məqbul bir razılaşma üçün danışıqlar aparır".
ABŞ-ın regiondakı müttəfiqlərinin İranın həmişə danışıqlara açıq olduğu barədə açıqlamaları xatırladıldıqda, ABŞ prezidenti İranla əvvəlki uğursuz danışıqlara toxunaraq bu məlumatı təsdiqləyib: "Bu doğrudur, onlar danışıqlar aparırlar, ona görə də nə olacağını görəcəyik. Sonuncu dəfə danışıqlar apardıqları zaman onların nüvə proqramını dayandırmalı olduq və bu, işə yaramadı".
Bu arada, İran mediasında yer alan iddialara görə, ABŞ-ın bölgəyə gətirdiyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi geri çəkilir.
TAHİR