Ayətullah Əli Xamnei şənbə günü İslam İnqilabının 47-ci ildönümü ilə bağlı gizli bunkerini tərk edib. Onun rəsmi X hesabı tərəfindən dərc edilmiş fotoşəkillərdə ayətullah keçmiş Ali Lider Ruhullah Xomeyninin məzarında dua edərkən təsvir olunub. Bu, ayətullahın dekabrın sonlarında İranda etirazlar başlayandan bəri ictimaiyyət qarşısında ilk dəfə görünməsidir.
Ötən həftə 86 yaşlı Xamenei Amerika hava hücumlarının qaçılmaz olduğu qorxusu ilə bunkerə köçüb. The New York Post qəzetinin məlumatına görə, bu, Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinin İran sahillərinə böyük bir armada göndərdiyi barədə açıqlamasından sonra baş verib.
Daha sonra İranın ali lideri Tehranda bir sıra mürəkkəb yeraltı tunellərlə əlaqəli bir sığınacağa çəkilərək, İslam Respublikasını idarə etmək vəzifəsini kiçik oğluna həvalə edib.
Xatırladaq ki, Xamenei iyun ayında İsraillə 12 günlük müharibə zamanı da yeraltında yoxa çıxmışdı. Məlumata görə, o, hətta münaqişədə öləcəyi təqdirdə potensial varislərin siyahısını da tərtib edib.
Maraqlıdır ki, onun yenidən peyda olması ölkə daxilində şəhərlərdə baş verən bombalamalarla da eyni günə təsadüf edib və bu partlayışların arxasında kimin dayandığı hələ də məlum deyil.
SAMİRƏ