ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanı Rusiya ilə əməkdaşlıq etdiyinə görə ona qarşı uydurma ittihamlar irəli sürməkdə günahlandırıb.
Bu barədə o, TruthSocial sosial media platformasında yazıb və Barak Obamanın həbsinə çağıran paylaşım edib. "Bu, Barak Obama və onun yaxınları tərəfindən çevriliş cəhdi idi. Bunun üçün bədəl ödənməsinin vaxtıdır: Obamanı indi həbs edin", - deyə Tramp yazıb.
ABŞ Prezidenti əlavə edib ki, Milli Kəşfiyyat Mərkəzinin direktoru Tulsi Qabbard "Rusiya məsələsi ilə bağlı yüzlərlə sensasion sənəd" yayımlayıb. O iddia edib ki, bunlar Barak Obamanın "Şəxsən Mərkəzi Kəşfiyyat Agentlərinə ona (Trampa) qarşı yalan məlumat uydurmağı əmr etdiyini" sübut edir.
Qeyd edək ki, 2025-ci ildə ABŞ Milli Kəşfiyyat Agentliyi Barak Obamanın prezidentliyi dövründə kəşfiyyat saxtakarlıqları ilə bağlı hesabat dərc edib. Sənədlərdə Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etdiyinə dair ittihamların uydurma olduğu qənaətinə gəlinib.
SAMİRƏ