Fransanın müxtəlif şəhərlərində polis əməkdaşları iş şəraitinə etiraz etmək üçün küçələrə çıxıblar.
“Alliance” adlı polis həmkarlar ittifaqının çağırışından sonra Paris, Lill, Marsel və Tuluza da daxil olmaqla 23 şəhərdə nümayişlər keçirilib. Parisdəki aksiya yerli vaxtla saat 11:00-da tarixi Bastiliya Meydanında başlayıb və Place de la Mélionda başa çatıb.
Fransa və həmkarlar ittifaqı bayraqlarını daşıyan polis işçiləri onların pis iş şəraitinə etiraz etdilər. İştirakçılar arasında Fransanın keçmiş prezidentliyə namizədi Nikolas Düpon-Eynyan, Avropa Parlamentinin üzvü Marion Mareşal və Paris meri vəzifəsinə namizəd Sara Knafo da olub. Nümayişçilər "Yaşasın Fransa" şüarları səsləndiriblər
“Alliance” həmkarlar ittifaqı bildirib ki, Paris nümayişində 15-20 min arasında insan iştirak edib.
TAHİR