ABŞ prezidenti Donald Tramp, Britaniya Baş naziri Starmerin Çinlə münasibətləri gücləndirmək səylərini "çox təhlükəli" adlandıraraq, Vaşinqton və London arasında gərginliyi artırdı.
Ekspertlər bunun Britaniyanı Çin və ABŞ arasında seçim etməyə məcbur edə biləcəyini bildirirlər.
Starmerin "tarixi" adlandırdığı Çinə səfərindən sonra Tramp Pekinlə münasibətləri yaxşılaşdırmaq səylərinin Britaniya üçün risklər yaratdığını iddia edib: "Bunu etmək onlar üçün çox təhlükəlidir"
Trampın açıqlaması Britaniyanın Pekin və Vaşinqton arasında seçim etmək məcburiyyətində qala biləcəyi müzakirələrinə səbəb olub.
Nahid SALAYEV