Ukrayna Prezidenti Zelenski bildirib ki, Ukrayna kompromisə hazır deyil və Donbası və Zaporojye Atom Elektrik Stansiyasını döyüşsüz təslim etməyəcək.
Zelenski Ukraynanın ölkənin ərazi bütövlüyünün pozulmasına səbəb olacaq kompromislərə hazır olmadığını deyib. Donbassla bağlı hələlik heç bir razılaşma əldə olunmadığını qeyd edən Zelenski, ABŞ tərəfinin azad iqtisadi zonanı əhatə edən kompromis modeli təklif etdiyini, lakin bu formulun Ukrayna üçün qəbuledilməz olduğunu əlavə edib.
Zaporojye Atom Elektrik Stansiyası 2022-ci ilin mart ayından bəri Rusiyanın nəzarəti altındadır.
TAHİR