ABŞ Ədliyyə Nazirliyinin məşhur “Epşteyn işi” üzrə açıqladığı istintaq materiallarında Prezident Donald Trampın da adının keçdiyi bəlli olub.
SNN-in xəbərinə görə, söhbət illər öncə bir qadının təcavüz şikayəti ilə bağlı FBR-ə etdiyi müraciətdən gedir. Bildirilir ki, o zaman şikayətçi cəmi 13 yaşında olub. Ceyn Dou adı ilə müraciət edən qadının bir neçə dəfə şikayət verdiyi, sonradan geri çəkdiyi deyilir ki, bunlardan sonuncusu 2016-cə ildə olub.
Tramp belə bir olayın yaşandığını inkar edib.
SAMİRƏ