İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın bölgəyə hərbi gəmilər göndərməsinin "güc nümayişi" olduğunu və İranın ona qarşı hər hansı bir hücuma sərt cavab verəcəyini bildirib.
"Bir və ya bir neçə hərbi gəminin gəlişi İranın müdafiə qətiyyətinə təsir etməyəcək. Silahlı qüvvələrimiz hadisələrin anbaan izləyir və imkanlarını artırmaq üçün bir saniyə belə itirmir. Güc nümayişi və təhdidlər beynəlxalq hüquqa ziddir və bu prinsiplərin pozulması hər kəsə təsir edir" deyə o bildirib.
İran prezidenti Məsud Pazeşkianın ABŞ-a, hücumu təxirə salmasını istəyən mesaj göndərməsi ilə bağlı iddialara gəldikdə isə, Bekayi bu iddiaları rədd edib: "Hətta ABŞ özü də İsraildən gələn məlumatlara şübhə ilə yanaşmalı olduğunu qəbul edir, bəs niyə mediamız bu iddiaları yayır? Bu iddialarda heç bir həqiqət yoxdur. Bu, İsrail rejiminin yalan zəncirinin davamıdır”.
TAHİR