Avropa İttifaqı Şurası Rusiya qazının idxalına qadağanın qaydaları ilə bağlı razılığa gəlib.
“Bu gün Avropa İttifaqının 27 üzv dövləti Rusiyadan maye qazın və boru kəməri ilə tədarük olunan təbii qazın idxalını qadağan edən qaydaları rəsmi olaraq təsdiqləyib”, - deyə Avropa İttifaqının bəyanatında bildirilir.
Razılaşmaya əsasən, maye qazın idxalına qadağa 2027-ci ilin əvvəlində, boru kəməri ilə tədarük olunan təbii qazın idxalına qadağa isə 2027-ci ilin payızında qüvvəyə minəcək.
Bundan əlavə, Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiyadan neft idxalının da tədricən dayandırılması üçün qanun layihəsi təklif etməyi planlaşdırır.
ZÜMRÜD