Böyük Britaniya İngiltərə və Uelsdə terrorizm, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıq da daxil olmaqla ən ağır cinayətləri araşdırmaq, onlarla mübarizə aparmaq üçün Milli Polis Xidməti (NPS) yaradacaq. Bu barədə “The Guardian” Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Şabana Mahmuda istinadən məlumat yayıb.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud yeni qurumu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) analoqu kimi xarakterizə edib.
Nazirin sözlərinə görə, Milli Polis Xidməti ağır cinayətlərin araşdırılması üzrə əsas səlahiyyətləri öz üzərinə götürəcək və bu məqsədlə ən müasir texnologiyalardan istifadə olunacaq. Yeni qurumun yaradılması yerli polis orqanlarının yükünü azaltmağa imkan verəcək.
İradə SARIYEVA