Amerika rəsmisi Avropa zəmanətlərini “bir neçə vertolyot və bir neçə əsgər” kimi təsvir etsə də, əslində, onun fikrincə, “vacib olan Amerika zəmanətidir”. Amerika Birləşmiş Ştatları hesab edir ki, Amerikanın təhlükəsizlik zəmanətləri Ukrayna üçün Avropadan daha vacibdir, Bu barədə “Politico” BƏƏ-dəki danışıqlardan sonra adının açıqlanmasını istəməyən Amerika rəsmisinə istinadən yazır.
ABŞ hesab edir ki, Ukrayna üçün Vaşinqton tərəfindən verilə biləcək təhlükəsizlik zəmanətləri Avropadan olan “Könüllülər koalisiyası”nın səylərindən daha əhəmiyyətlidir.
Nəşr Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra mənbənin sözlərini sitat gətirərək yazır: “Könüllülər koalisiyası”nın səyləri müsbətdir. Onların bir neçə helikopteri, bir neçə əsgəri və müəyyən zəmanətləri var. Lakin ukraynalılarla danışsanız, əslində həlledici olanın Amerika təhlükəsizlik zəmanətləri olduğunu görərsiniz”.
İradə SARIYEVA