Rusiya ABŞ-dan Venesuelaya yeni hərbi müdaxilə olmayacağına dair zəmanət istəyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilir ki, ABŞ-ın Venesuelaya qarşı təcavüz bəhanələri əsassızdır: ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzü dərin narahatlıq doğurur və pislənilməlidir”.
XİN Rusiyanın Venesuela ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdığını bəyan edib: "Hazırkı vəziyyətdə daha da gərginləşmənin qarşısını almaq və vəziyyətdən dialoq yolu ilə çıxış yolu tapmağa diqqət yetirmək vacibdir. Venesuelanın öz müqəddəratını təyin etmək hüququna kənardan heç bir dağıdıcı, hərbi müdaxilə olmadan zəmanət verilməlidir. Biz Venesuela xalqı ilə həmrəyliyimizi və onun rəhbərliyinin ölkənin milli maraqlarını və suverenliyini qorumaq siyasətini dəstəklədiyimizi bir daha təsdiqləyirik".
TAHİR