"ABŞ-ın Venesuelaya hücumunun ciddi nəticələri olacaq". Bu barədə Amerika araşdırmaları üzrə ixtisaslaşmış politoloq Kirill Benediktov bildirib.
Benediktov qeyd edib ki, ABŞ-ın Venesuelaya hücumu bütün Latın Amerikası regionu üçün ciddi nəticələrə səbəb olacaq.
Ekspert 2020-ci il yanvarın 3-də ABŞ prezidenti Donald Trampın göstərişi ilə general Qasım Süleymaninin Bağdad hava limanında raket zərbəsi nəticəsində öldürüldüyünü və bu zərbənin “Yaxın Şərqdə “şiə müqavimət oxunun” əhəmiyyətli dərəcədə zəifləməsinə və İsrail ilə İran arasında 12 günlük müharibəyə səbəb olan uzun hadisələr zəncirini başlatdığını” yazıb. Düz altı il sonra, 2026-cı il yanvarın 3-də ABŞ Venesuelaya hücum etdi və bu hücumun heç də az nəticələri olmayacaq, deyə o qeyd edib.
"Əlbəttə, bu, sadəcə təsadüfdür. Lakin bütün Latın Amerikası regionu üçün nəticələr heç də az olmayacaq", - Benediktov vurğulayıb.
Qeyd edək ki, Benediktov bu açıqlamanı, Trampın Maduronun yaxalanıb ölkədən çıxarıldığını açıqlamasından əvvəl verib.
İradə SARIYEVA