“The Wall Street Journal” (WSJ) xəbər verir ki, ABŞ hərbçiləri ölkənin hava məkanını tərk etdikdən sonra Ağ Ev Venesuela ilə bağlı açıqlama verəcək.
Yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda azı 7 partlayış baş verib. KİV-in məlumatına görə, Forte Tiuna hərbi bazası, Generalissimo Fransisko de Miranda aviabazası, liman və Karib dənizindəki Marqarita adasına hücum edilib. Baş Qərargah, prezident sarayı və neft emalı zavodunun da vurulduğu iddia edilir.
Qeyd edilir ki, Kolumbiya prezidenti Qustavo Petro ölkənin raketlərlə bombalandığını bəyan edib. ABŞ rəsmiləri hücumla bağlı hələlik şərh verməyib. Bununla belə, CBS News ABŞ prezidenti Donald Trampın zərbələr barədə əmr verdiyini yazıb. ABŞ-ın Karakasa endirdiyi zərbələrdən sonra Nikolas Maduronun harada olduğu bilinmir və onu müşayiət edənlərdən bəziləri təhlükəsizdir, NYT mənbələrə istinadən xəbər verir.
Bundan əvvəl ABŞ Venesuelada qaz nəqli infrastrukturuna zərbələr endirib.
İradə SARIYEVA