İranın BMT-dəki daimi nümayəndəsi Əmir Seyid İrəvani Baş katibə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Donald Trampın müdaxiləyə çağıran və təxribat xarakterli açıqlamasını pisləyib. Bu barədə ISNA məlumat yayıb.
İrəvani məktubda vurğulayıb ki, İran suverenliyini, ərazi bütövlüyünü, milli təhlükəsizliyini və vətəndaşlarının hər hansı xarici müdaxilədən qorunmaq hüququnu qətiyyətlə müdafiə edir.
O, habelə, bildirib ki, qanunsuz təhdidlərin nəticələrinə görə məsuliyyət tamamilə ABŞ-nin üzərinə düşür və İran öz hüquqlarını mütənasib və qətiyyətli şəkildə qoruyacaq.
İradə SARIYEVA