Bolqarıstan, yanvarın 1-dən etibarən öz milli valyutası levindən imtina edərək, Avrozonanın 21-ci üzvü olub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yeni valyutanın tətbiqi ilə yanaşı, Bolqarıstan Avropa Mərkəzi Bankının İdarə Heyətində də yer alacaq. Avrozonaya qoşulmaqla, Bolqarıstanın daxil olduğu iqtisadi zona ilə Avropada yaşayanların sayı 350 milyon nəfəri ötəcək. Bundan əvvəl, 2023-cü ilin yanvar ayında Xorvatiya Avrozonaya daxil olmuşdu. Hazırda Avropa İttifaqının 27 üzvündən yalnız altı ölkə Avrozonaya qoşulmayıb. Bu ölkələr: İsveç, Polşa, Çexiya, Macarıstan, Rumıniya və Danimarkadır. İRADƏ