Venesuelanın paytaxtı Karakasda güclü partlayışlar baş verib. İddialara görə, ABŞ Hərbi Hava Qüvvələri Karakas şəhərinə hücum edib. Hərbi obyektlərdən və neft emalı zavodundan dumanlar yüksəlib. Karakasın bəzi ərazilərində elektrik kəsintiləri baş verib.
Karakasda ən azı 7 nöqtədə partlayış baş verib və alçaqdan uçan təyyarələrin səsləri eşidilib. ABŞ-ın CH-47 Chinook hərbi helikopterlərinin şəhər üzərində uçduğu barədə də məlumatlar yayılıb.
Venesueladan gələn ilk açıqlamada hücumun əmrini Trampın verdiyi və partlayışların arxasında ABŞ-ın olduğu iddia edilir.
Bölgədəki gərginlik pik həddə çatıb. Kolumbiya prezidenti Qustavo Petro Karakasın bombalandığını açıqlayıb. Petro hücumların raketlərlə həyata keçirildiyini bildirib və beynəlxalq ictimaiyyətə çağırış edib.
"Hazırda Karakası bombalayırlar. Bütün dünyaya xəbərdarlıq, Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar" – deyən Kolumbiya lideri Amerika Dövlətləri Təşkilatı (ADT) və Birləşmiş Millətlər Təşkilatını dərhal toplanmağa çağırıb.
CNN və CBS News-un məlumatına görə, ABŞ prezidenti Trampa Venesuelaya hücumlarla bağlı ətraflı məlumatlandırılıb.
Bu arada, paytaxt Karakasdakı Miraflores Prezident Sarayının ətrafındakı küçələrdə Venesuela zirehli texnikalarının yerləşdirildiyi müşahidə edilib.
İddialara görə, hücumların hədəflərindən biri Varqas ştatındakı La Guaira dəniz bazası olub. Venesuela müdafiə nazirinin evi və Karakasdakı bir limanın da bombardmanlara məruz qaldığı iddia edilir.
ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrindəki bütün transponderlər söndürülüb. Bildirilir ki, ABŞ hərbi təyyarələrinin uçuşları artıq platformada görünmür.
“Reuters”in məlumatına görə, böyük bir hərbi bazanın yaxınlığında partlayışlar xəbərlərindən sonra Karakas şəhərinin cənubunda elektrik kəsintisi baş verib.
“Fox News”da danışan bir ekspert bildirib ki, ABŞ ordusunun Venesuelaya qarşı hücumu yalnız regional məqsədlər üçün deyil, həm də Hizbullah və İrana, eləcə də Rusiya və Çinə qarşı milli təhlükəsizlik məqsədləri çərçivəsində nəzərdən keçirilir.
Ekspertlər hesab edir ki, Tramp administrasiyası Monro Doktrinasını yenidən aktivləşdirməklə Rusiya, Çin və İranı öz arxa baxçasından çıxarmağı hədəfləyir.
Tahir TAĞIYEV
BREAKING: Massive secondary explosions after U.S. airstrikes against Higuerote Airport. Looks like the Americans hit a Venezuelan weapons shipment there. pic.twitter.com/lmw84bTbdS — Visegrád 24 (@visegrad24) January 3, 2026
BREAKING: Massive secondary explosions after U.S. airstrikes against Higuerote Airport. Looks like the Americans hit a Venezuelan weapons shipment there. pic.twitter.com/lmw84bTbdS