Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti Trampa narkotik ticarəti ilə mübarizə məsələsində danışıqlar təklif edib, həmçinin amerikalı şirkətlərə Venesuela neftinə çıxış təklif edib.
“Amerika xalqına həmişə dediyimi deyirəm – Venesuela qardaş ölkədir. ABŞ hökuməti bilir ki, əgər narkotiklərlə mübarizə üzrə razılaşma haqqında ciddi danışmaq istəsələr, biz buna hazırıq. Əgər onlar Venesuela neftini istəyirlərsə, Venesuela Amerika investisiyalarını almağa hazırdır”, – Maduro bildirib.
Bir müddət əvvəl Tramp Maduro ilə danışdığını, lakin söhbətin məhsuldar olmadığını bildirmişdi.
TAHİR