İranda yüksək inflyasiya və iqtisadi problemlərə görə başlayan etirazlarla bağlı səssizliyini pozan ABŞ prezidenti Tramp sosial mediada verdiyi açıqlamada İrana barmaq silkələyib.
Tehranı müharibə ilə hədələyən Tramp bildirib ki, İranda dinc etirazçılar hədəf alınarsa, Vaşinqton müdaxilə üçün hərəkətə keçəcək: "Əgər İran həmişə etdiyi kimi dinc etirazçıları güllələyərək öldürərsə, ABŞ onların köməyinə gələcək. Silahlarımız hazırdır, onları xilas etməyə, atəş açmağa hazırıq. Tətikdəyik, hərəkətə keçməyə hazırıq".
Trampın açıqlamasından sonra İrandan dərhal reaksiya gəlib. İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani, ABŞ-ın İrandakı etirazlara müdaxiləsinin bütün regionda xaosa səbəb olacağını bildirib.
TAHİR