ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında İranı hədələyib.
O bildirib ki, “Əgər İran dinc etirazçıları atəşə tutub və vəhşicəsinə öldürərsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz hərəkətə keçməyə hazırıq”.
İranın müxalifət mediasının məlumatına görə, ölkə miqyasında keçirilən etiraz aksiyalarında artıq 20-dən çox insan yaralanıb, bir neçə nəfərin isə həyatını itirdiyi bildirilib.
İradə SARIYEVA