Nyu-York şəhərinin ilk müsəlman meri Zöhran Məmdani Qurana and içdikdən sonra rəsmi olaraq Nyu-York şəhərinin meri olub. Nyu-York şəhər meriyasının pilləkənlərində keçirilən tədbirdə minlərlə insan iştirak edib.
O, seçki kampaniyasında onu dəstəkləyən senator Berni Sandersin iştirakı ilə həyat yoldaşı Rama Duvajinin əlində tutduğu Qurana əl basıb.
Zöhran Məmdaninin Nyu-York şəhərinin meri kimi andiçmə mərasimi iki dəfə baş tutub: bir dəfə qapalı mərasimdə, bir dəfə isə açıq tədbirdə.
34 yaşlı Mamdani ilk andını 1 yanvar səhəri tərk edilmiş Boz-Ar metro stansiyasında keçirilən qapalı mərasimdə qəbul edib. Tədbirdə yalnız ailə üzvləri və yaxınları iştirak edib.
Nyu-York şəhərinin meri dörd illik müddətə xidmət edir və bundan sonra ikinci müddətə namizədliyini irəli sürə bilər.
2025-ci il noyabrın 4-də Nyu-York şəhərində keçirilən mer seçkilərində Zöhran Mamdani səslərin 50%-dən çoxunu qazanaraq qalib gəlib.
Mamdani 100 ildən çox müddətdə şəhərin ən gənc meri, eləcə də bu vəzifəni tutan ilk müsəlman və afroamerikalı meri olub.
SAMİRƏ