Baltikyanı ölkə olan Latviya ölkədə rus dilinin istifadəsi ilə bağlı qərar qəbul edib. 1 yanvar tarixindən etibarən rus dilində ictimai yayımlar tamamilə dayandırılıb və məktəblərdə rus dilinin tədrisi ləğv edilib.
“Russia Today”in məlumatına görə, hökumətin bu qərarı əhalinin təxminən 40%-nin rus dilində danışmasına baxmayaraq qüvvəyə minib. Rəsmilər qaydanın milli kimliyi gücləndirməyi və dövlət müəssisələrində latış dilinin istifadəsini artırmağı hədəflədiyini bildirir.
Son illərdə, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Latviyada dil və kimlik siyasətinə doğru addımlar atılır. Rus dilində yayımların dayandırılması və təhsil sistemindən çıxarılması Moskva ilə münasibətlərdə yeni gərginlik mənbəyi kimi qəbul edilir.
Ekspertlərin fikrincə, qərar Baltikyanı ölkələrdə artan təhlükəsizlik narahatlıqlarını və ölkələrin mədəni müstəqilliyə can atmasını əks etdirir. Lakin rusdilli azlığın bu prosesə necə reaksiya verəcəyi və qadağanın necə qarşılanacağı maraq doğurur.
TAHİR