İranda yüksək inflyasiya səbəbindən başlayan etiraz aksiyalarının dördüncü günündə ilk ölüm hadisəsi qeydə alınıb.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) qərbi Lorestan əyalətində etirazlar zamanı təhlükəsizlik zabiti Əmir Hüseyn Xodayariferdin öldüyünü açıqlayıb.
İranın yarı-rəsmi “Fars” Xəbər Agentliyinin bölgədən olan adı açıqlanmayan bir məmura istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saatlarında Çaharmahal və Bəxtiyari əyalətlərində polislər meydanlara toplaşan etirazçıları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib və tərəflər arasında qarşıdurma baş verib. İddialara görə, polisin müdaxiləsindən sonra izdihamın arasındakı bəzi adamlar polisə atəş açmağa başlayıblar və bir neçə polis əməkdaşı yaralanıb. Hadisələr zamanı iki nəfər də həyatını itirib. Xəbərdə ölənlərin kimliyi və ya necə öldürüldükləri barədə məlumat verilir. 7 etirazçının saxlandığı bildirilir.
TAHİR