İranın cənub-qərbindəki Loristan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
“Fars” xəbər agentliyinin məlumatına görə, etirazçılar qubernatorluq, məscid, Şəhidlər Fondu, bələdiyyə binası və banklar da daxil olmaqla çoxsaylı inzibati binalara basqın ediblər. Təhlükəsizlik qüvvələri etirazlara göz yaşartıcı qazla müdaxilə ediblər. Toqquşmalar zamanı çoxsaylı xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, Loristan əyalətində yüksək inflyasiyaya qarşı etirazlardan qaynaqlanan hadisələrdə bir təhlükəsizlik işçisi həlak olub və yeddi nəfər saxlanılıb.
Yerli mənbələrə görə, nümayişlər İranda artan yaşayış xərcləri və iqtisadi çətinliklər səbəbindən başlayıb. Son günlərdə digər şəhərlərdə də oxşar etirazlar qeydə alınıb.
İran prezidenti Məsud Pazeşkian sosial problemlər və hakimiyyətdən narazılıqlara görə hökuməti günahlandırıb: "Əgər xalq narazıdırsa, deməli, biz günahkarıq. günahkar hökumətdir. Bizim vəzifəmiz xalqın problemlərini həll etməkdir, onlara problem yaratmaq yox. Hökumət xalqın problemlərini həll etməlidir. Xalqın sosial problemləri ölkədə açıq şəkildə özünü göstərir. Günahı ABŞ-da və ya başqa yerdə axtarmayın, biz məsuliyyət daşıyırıq. Səy göstərməli, düzgün yolu və istiqaməti, həll yollarını biz tapmalıyıq"..
TAHİR