Litva Rusiya və Belarusla sərhədləri boyunca strateji körpüləri partlatmaq üçün hazırlıqlara başlayıb.
Xarici media hərbi mənbələrə istinadən yazır ki, körpülərin altına partlayıcı qurğuların yerləşdirilməsinə imkan verən xüsusi mühəndislik konstruksiyaları tikilir.
Mümkün hücum zamanı sərhəddən hərbi qüvvələrin irəliləməsini yavaşlatmağı hədəfləyən Litva hökuməti, 2025-ci ilin iyul ayında razılaşdırılmış Baltik müdafiə xətti planını həyata keçirir.
Litva ordusu Rusiya və Belarusa yaxın ərazilərdə seçilmiş körpülərin, təbii maneələr və hərbi əhəmiyyəti nəzərə alınaraq müəyyən edildiyini bildirib. Hazırlıqlar yalnız körpülərlə məhdudlaşmır. Litva Silahlı Qüvvələri şərq sərhədi boyunca tank əleyhinə maneələri saxlamaq üçün çoxsaylı obyektlər tikib.
Əsas yollar boyunca pusqular qurmaq üçün meşəsalma işləri aparılır. Suvarma kanalları dərinləşdirilir, xəndəklər və tanklatın hərəkətinə maneələr yaratmaq üçün işlər görülür. Bütün mülki infrastruktur birbaşa müdafiə planlarına daxil edilib. Hərbi rəsmilər iddia edirlər ki, hazırlıq səviyyəsi nə qədər yüksək olarsa, çəkindirmə də bir o qədər güclü olar.
Bu tədbirlər Litvada bəzi siyasi dairələr və ictimai dairələr tərəfindən tənqidlərə səbəb olub. Lakin rəsmilər panikaya səbəb olmamaq üçün ehtiyatlı dildən istifadə edirlər. Rəsmilər hazırlıqları adi, uzunmüddətli və önləyici tədbir kimi izah edir.
TAHİR