Ukraynanın Rusiyanın daha bir neft emalı zavodunu vurub. Bu dəfə Tuapse şəhərindəki neft emalı zavodu dron hücumuna hədəf olub.
Hücumdan sonra baş verən yanğında iki nəfər xəsarət alıb. Neft emalı zavodundakı bəzi avadanlıqlara, dörd mənzil və fərdi yaşayış evi, eləcə də limandakı bir körpüyə ziyan dəyib. Hakimiyyət orqanları körpüdəki yanğının tez bir zamanda söndürüldüyünü və neft emalı zavodunda 300 kvadrat metrlik ərazini əhatə edən alovların 64 işçi heyəti və 16 nəqliyyat vasitəsi tərəfindən nəzarət altına alındığını bildirib.
TAHİR