ABŞ Prezidenti Donald Tramp Venesuelada gəmilərin lövbər saldığı böyük bir obyektə ilk dəfə zərbə endirdiklərini açıqlayıb. Amerika mediası bu əməliyyatın blokada altında olan ölkə ərazisinə ilk birbaşa hücum olduğunu vurğulayıb.
“Gəmilərin gəldiyi yerdə böyük bir obyekt var idi. Biz onu iki gecə əvvəl məhv etdik” deyə Tramp bildirib.
“The New York Times” qəzeti isə Venesuela hökumətinin hələ rəsmi reaksiya vermədiyi hücumun detallarını paylaşıb. Qəzetə danışan ABŞ rəsmiləri bildiriblər ki, Trampın qeyd etdiyi əməliyyat narkotik istehsalı müəssisəsinə qarşı keçirilib. Rəsmilər hücumun dəqiq yeri, necə həyata keçirildiyi və ya obyektin narkotik ticarətindəki rolu barədə ətraflı məlumat verməkdən imtina ediblər.
TAHİR