Tramp-Zelenski görüşü ola bilsin Zelenski və Putin arasında beş ildən çox müddətdə ilk birbaşa telefon danışığı üçün əsas olsun.
Məlumatlı mənbənin “Fox News”a verdiyi məlumata görə, Zelenski ilə Putin arasında birbaşa telefon danışığının mümkünlüyü mühüm sıçrayış olaraq görülür. Mənbə bildirib ki, Tramp və Zelenskinin Mar-a-Laqoda görüşü Trampın rəhbərliyi ilə sülh səyində irəliyə atılan addım kimi qiymətləndirilir, Zelenski və Putinin birbaşa telefon danışığının təmin edilməsi prezident üçün “diplomatik qələbə” olardı.
“Əgər Zelenski bazar günü telefon danışığına qoşulsaydı, bu, sülh danışıqları üçün böyük nailiyyət və sülh prosesində ilk real addım olardı” – deyə mənbə bildirib.
TAHİR