Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı atışma baş verib. Bildirilir ki, Yalova vilayətində Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında baş verən atışmada 3 polis əməkdaşı şəhid olub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.
TAHİR