Floridada Trampla Zelenski arasında görüş keçirilib. Bildirilir ki, Tramp-Zelenski sammiti "tərəflərin sülhə doğru irəlilədiyi, ABŞ, Ukrayna və Avropa ölkələrinin, xüsusən də təhlükəsizlik zəmanətləri ilə bağlı mövqelərini yaxınlaşdırdığı" bir müzakirəyə səhnə olub.
Digər tərəfdən, sammit, xüsusilə də ərazi məsələlərində Rusiya və Ukrayna arasında kompromisə yol açmaq məqsədilə, qarşıdakı həftələrdə çoxtərəfli danışıqların intensivləşdirilməsi qərarı ilə başa çatıb.
ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının müsbət şəkildə irəlilədiyini bildirərək dedi: "Donbas məsələsi düzgün istiqamətdə irəliləyir. Sülhə 95 faiz yaxınlaşırıq. Daha da yaxınlaşırıq, bəlkə də çox yaxınlaşırıq".
Tramp bildirib ki, ukraynalıların 91 faizi bu müharibənin bitməsini istəyir: "Rusiya da bunun bitməsini istəyir. Hamı onun bitməsini istəyir. Putinlə doğru zamanda üçtərəfli görüş ola bilər".
Trampdan sonra Zelenski bildirib ki, 20 maddəlik sülh planı 90 faiz qəbul edilib. ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri 100 faiz qəbul edilib".
Zelenski sülh planının hər bir bəndi üzrə referendum keçirə biləcəklərini deyib.
Prezident Tramp ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ayrıca danışıqların daha 2-3 həftə davam edəcəyini bildirib: "Ümidliyik. Həll yolu tapılmasa, nə olacaq? Münaqişəni davam etdirəcəklər, ölümlər davam edəcək...
…Əgər həqiqətən yaxşı gedərsə, bəlkə bir neçə həftə. Əgər pis gedərsə, daha uzun çəkər. Çox pis gedərsə, ümumiyyətlə heç nə olmaya bilər. Bu, da üzücü olardı. Belə bir ehtimal da var. Heç nə baş verməyə də bilər. Amma düşünürəm ki, bir neçə həftə ərzində nə baş verdiyini anlayacağıq"
Putinin də sülh istədiyini və ona etibar etdiyini təkrarlayan Tramp, son telefon danışığına toxunub: "Rusiya (Ukraynaya) kömək edəcək. Rusiya Ukraynanın uğur qazanmasını istəyir. Putin Ukraynanın uğur qazanması məsələsində çox səxavətli davrandı - enerji, elektrik enerjisi və digər şeyləri çox aşağı qiymətlərlə təmin etmək məsələsində".
TAHİR