Floridada Trampla Zelenski arasında görüş başlayıb. Tramp Zelenskini Palm Beach malikanəsinin qapısında qarşılayıb.
Görüş planlaşdırılan vaxtdan təxminən yarım saat gec baş tutub. İki lider qapı önündən jurnalistlərin suallarını cavablandırıb. Tramp Putinlə də görüşdüyünü, Zelenski ilə görüşdən sonra yenidən onunla görüşəcəyini deyib. Tramp hamının sülh istədiyini və bunun üçün çalışacaqlarını bildirib.
Zelenski ilə görüşdən əvvəl Trampla Putin arasında telefon danışığı olub. Kreml 1 saat 15 dəqiqə çəkən görüşün Trampın təşəbbüsü ilə baş tutduğunu bildirib.
TAHİR