Zelenski Ukraynanın Avropa liderlərinə Rusiyanın da eyni addımı atması şərti ilə qoşunlarını cəbhə xəttindən çıxarmağa hazır olduğunu çatdırıb.
“Financial Times” yazır ki, Zelenskinin dekabrın 27-də telefon danışığı zamanı açıqladığı plana əsasən, Kiyev silahsızlaşdırılmış zonanın yaradılmasını, Avropanın hərbi mövcudluğunu və Ukrayna ordusunun müntəzəm olaraq maliyyələşdirilməsini tələb edir.
Mənbələr bildirir ki, Ukrayna lideri torpaqların yalnız təhlükəsiz şəraitdə keçiriləcək referendumdan sonra imtina edilə biləcəyini və Zaporojye Atom Elektrik Stansiyasının beynəlxalq nəzarətə götürülməsini təklif edib. Bildirilir ki, Zelenski Rusiyanın bu təklifi rədd edə biləcəyini düşünərək, Vaşinqtondan Moskvaya təzyiq göstərməsini istəyir.
TAHİR