ABŞ prezidenti Tramp Ukrayna lideri Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə telefon danışığı aparıb.
“Truth Social” hesabındakı açıqlamada Tramp Putinlə "yaxşı və son dərəcə məhsuldar" telefon danışığı keçirdiyini və yaxın saatlarda Floridadakı Mar-a-Lago malikanəsində Zelenski ilə görüşəcəyini bildirib.
Tramp Zelenski ilə görüşü ilə bağlı dünənki açıqlamasında "Zelenskinin əlində mən təsdiq edənə qədər heç nəy yoxdur. Əlində nə olduğunu görəcəyik" deyib.
Vaşinqtonun son həftələrdəki gərgin diplomatik fəaliyyəti, xüsusən də Putinlə son telefon danışığının vaxtı diqqəti cəlb edir.
Bu arada, Zelenski Trampla görüşdən əvvəl “Telegram”da paylaşım edərək Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün çalışdıqlarını bildirib.
O, Yeni ildən əvvəl vacib qərarların verilə biləcəyini deyib: "İndi ilin ən aktiv diplomatik günlərindən biridir və Yeni ildən əvvəl bir çox qərarlar verilə bilər. Biz bunun üçün hər şeyi edirik. Lakin qərarların verilib-verilməməsi müttəfiqlərdən asılıdır."
TAHİR