Donald Tramp bazar günü gözlənilən üzbəüz görüşdən əvvəl Zelenskiyə xəbərdarlıq edib. Tramp özünü Ukrayna ilə Rusiya arasında hər hansı potensial sülh müqaviləsində son qərar verəcək şəxs hesab etdiyini bildirib.
Ukrayna prezidenti Zelenskinin bazar günü Floridada keçiriləcək görüşdə yeni 20 maddəlik sülh planını təqdim etməyə hazırlaşdığını qeyd edən Tramp, bu təkliflərin yalnız onun təsdiqi ilə məna kəsb etdiyini vurğulayıb. Görüşdən əvvəl Tramp "Mən təsdiq edənə qədər o, heç nə deyil" deyərək Zelenskinin layihəsinin Vaşinqtonun müəyyən etdiyi sərhədlər daxilində dəyərləndiriləcəyini bildirib.
Trampın sözləri, Kiyevin silahsızlaşdırılmış zona təklifindən Donbasın statusuna, Zaporojye Atom Elektrik Stansiyasının idarə olunmasından təhlükəsizlik zəmanətlərinə qədər kritik məsələlərdə tərəzinin ağırlığının ABŞ-ın əlində olduğunu göstərir.
Tramp bazar günü keçiriləcək görüşün konstruktiv olacağına inandığını bildirib və həm Ukrayna, həm də Rusiya tərəfi ilə irəliləyiş əldə edilə biləcəyini bildirib.
TAHİR