Ukrayna prezidenti Zelenski Belarusa qarşı yeni ittihamlar irəli sürüb. Zelenski bildirib ki, Belarus Rusiyaya Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yan keçməyə kömək edir.
Onun sözlərinə görə, Belarusun Ukrayna ilə həmsərhəd yaşayış məntəqələrində yaşayış binalarına qurğular və antenalar quraşdırılır, bunların vasitəsilə dronlar Ukrayna hədəflərinə istiqamətləndirilir. Həmçinin, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsinin hüdudlarından xəbərdardır və nəticədə onlardan yan keçməyə çalışır.
TAHİR