Ukrayna hakimiyyəti ölkədə prezident seçkilərin hibrid formatda keçirilməsi imkanını nəzərdən keçirir. Buraya seçkilərin bir hissəsinin onlayn keçirilməsi də daxildir.
“Stran”a xəbər saytının məlumatına görə, bu açıqlamanı hakim “Xalqın Xidmətçisi” (Sluha Narodu) partiyasının parlament qrupunun rəhbəri David Arahamiya verib.
Arahamiyanın məlumatına görə, hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini müzakirə etmək üçün yaradılmış işçi qrupu səsvermənin bir hissəsinin ənənəvi seçki məntəqələrində, bir hissəsinin isə onlayn formada keçirilməsi modelini nəzərdən keçirir. Səsvermə müddətinin bir neçə gün uzadılması imkanı da müzakirə olunur.
O deyib ki, bu yanaşmanın əsas məqsədi seçici fəallığını maksimum dərəcədə artırmaqdır: "Biz iştirakın artırılmasına diqqət yetirməliyik. Buna ya səsvermə müddətini bir neçə günə uzadaraq, ya da insanlara onlayn səs vermək imkanı verməklə nail ola bilərik".
TAHİR